Aparıcı Zaur Baxşəliyev sosial şəbəkədə əməliyyat otağından etdiyi paylaşıma görə tənqid olunub.
“Unikal” xəbər verir ki, o, plastik cərrah Rövşən Babayevin əməliyyatı zamanı çəkiliş apararaq yeni mahnısını səsləndirib. Aparıcının əməliyyatın gedişində mahnı oxuması və tibb işçilərini də buna məcbur etməsi sosial şəbəkə izləyiciləri tərəfindən xoş qarşılanmayıb.
İzləyicilərin əksəriyyəti əməliyyat otağına kənar şəxslərin daxil olmasının, bəziləri isə həkimin diqqətinin yayındırılmasının düzgün olmadığını bildirib və bunu həm həkimə, həm də aparıcıya ciddi irad tutub.
Nuranə Abbasova