“Klon” serialından “Əli əmi” obrazı ilə tanınan aktyor Stenio Qarsiya kəskin sepsis diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
“Unikal” xəbər verir ki, o bu barədə instaqram hesabında yazıb. Qarsiya ayaq ağrısı şikayəti ilə xəstəxanaya müraciət etsə də, məlum olub ki, onda bakteriyaların yaratdığı ümumiləşdirilmiş qan infeksiyası yaranıb.
“Mənim üçün dua edən hər kəsə təşəkkür etmək istəyirəm. Hər şey tezliklə həll olunacaq”, - deyə 91 yaşlı Qarsiya yazıb.
Qeyd edilir ki, infeksiya aktyorun etdirdiyi plastik əməliyyatlar səbəbindən yaranıb. Belə ki, Qarsiya qırışlardan azad olmaq üçün dəfələrlə əməliyyat olunub.
Nuranə Abbasova