9 illik fasilədən sonra ekranlara qayıdan Türkiyənin məşhur aktrisası Özgü Namalın tərəf müqabili bəlli olub.
"Unikal” Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa “Qızıl qönçələr” serialında çəkiləcək. Onun tərəf müqabili aktyor Özcan Dəniz olacaq. Serialın mövzusu və yayımlanacağı tarix isə hələlik bilinmir.
Qeyd edək ki, Özcan Dəniz sonuncu dəfə “Seni çok bekledim” serialında çəkilib. 2014-cü ildə “Mərhəmət” serialında rol alan Özgü Namal 2020-ci ildə həyat yoldaşının vəfatından sonra ekranlarda görünmək istəməyib.
Xatırladaq ki, Özgü Namal "Kurtlar Vadisi"ndə "Vəkil Elif" obrazı ilə məşhurlaşıb.
Nuranə Abbasova