Bütün dünyada məşhurlaşan "Barbie" filmi qadağa ilə üzləşib.
"Unikal" xəbər verir ki, iyulun 20-də nümayiş olunacaq romantik komediya Vyetnamda siyasi səbəblərdən qadağan edilib. Margot Robbinin baş rolda oynadığı "Barbie" Çin və Vyetnam arasında gərginliyə səbəb olub.
Belə ki, "Warner Bros."un istehsalı olan komediya yeni siyasi böhranın ortasında qalıb. Çin hökuməti tərəfindən qəbul edilən doqquz zolaqlı xətt Vyetnamın suverenliyinin pozulması kimi qiymətləndirilir. Bu xəttin filmə daxil edilməsi Vyetnamda böyük əks-səda doğurub.
Mövzu ilə bağlı açıqlama verən Vyetnam Kino Departamentinin direktoru Vi Kien Thanh bu vəziyyətin olduqca narahatedici olduğunu bildirib. “ Hollivud prodakşnları filmlərində Asiya regionuna istinadlarda hər bir ölkənin mədəni həssaslıqlarına və siyasi dinamikasına hörmətlə yanaşmalıdır".
Qeyd edək ki, "Barbie" filminin ilk həftəsində 80 milyon dollara çatacağı gözlənilir.