“Vaqner”in qurucusu və lideri Yevgeni Priqojinin Moskva və Sankt-Peterburqdakı ofisində aparılan axtarışlar maraqlı məqamları üzə çıxarıb. 

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, Priqojin muzdlu əsgər birləşmələrinin fəaliyyət göstərdiyi ölkələrə gedərkən imicini dəyişirmiş. Rusiya kəşfiyyatı onun müxtəlif parik kolleksiyasını və fərqli imicdə olan fotolarını yayıb. 

Hazırda Belarusda olan Priqojin bu pariklərdən Liviya, Suriya, Mali və başqa ölkələrə gedərkən istifadə edib. 

Nuranə Abbasova