Dünyaca məşhur müğənni Koko Li 48 yaşında dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, bir müddətdir depressiya ilə mübarizə aparan və ötən gün intihara cəhd etdiyi üçün xəstəxanaya yerləşdirilən Kokonun həyatını xilas etmək mümkün olmayıb.
Məşhur musiqiçinin ölüm xəbərini qardaşı "Facebook" hesabında məlumat yayıb. Bildirilir ki, intihara cəhd edən Li komaya düşüb və dünyasını dəyişib.
Qeyd edək ki, Honq-Konqda anadan olan musiqiçi 9 yaşında ABŞ-a köçüb və musiqi karyerasına orada başlayıb. 1998-ci ildə Disney filmi Mulandakı "Reflection" mahnısı ilə tanınan müğənni Oskarda çıxış edən ilk çinli amerikalı kimi tarixə düşüb. Li həm də moda markası Chanel-in ilk Çin siması idi.
Gülayə Mecid