Qırğızıstanda rusiyalı müğənni Qriqori Lepsin konserti ləğv edilib.
"Unikal" xəbər verir ki, bu barədə konsertin təşkilatçıları məlumat yayıb. Bildirilib ki, Lepsin avqustun 2-də keçirilməsi nəzərdə tutulan çıxışı ləğv olunub. Buna səbəb ictimaiyyət arasında yaranan narazılıqdır.
Şikayətçilər müğənninin Ukrayna Silahlı Qüvvələrinə məxsus tankların məhv edilməsinə mükafat qoyduğu üçün konsertinin ləğvini tələb ediblər.
Qeyd edək ki, iyulun 4-də məlum olub ki, Leps Ukraynanın məhv edilmiş “Leopard” tankı üçün “Venom” çağırış işarəsi olan CVO qırıcısına 1 milyon rubl (təxminən 18 min 676 manat) ödəyib.