Şairə Nazilə Səfərli "Instagram"dakı paylaşımı ilə müzakirələrə səbəb olub.
"Unikal" xəbər verir ki, o, ad çəkmədən bir neçə gün əvvəl Yazıçılar Birliyinə üzv seçilən Əməkdar artist Elza Seyidcahana söz atıb. Yazıçılar Birliyinin üzvü olmadığını vurğulayan şair bunları əlavə edib:
"Neçə gündür hamı soruşur: Yazıçılar Birliyinin üzvüsən? Xeyr... Mən bu zəif qələmlə yalnız "cızmaqaralar birliyinin" üzvü ola bilərəm. Elə qurum da ölkəmizdə yoxdur. Məni belə qəbul edirsiniz edin, etmirsiniz utandırmayın. Çox da ki, dörd kitabım var, sözlərimə otuza yaxın mahnılar bəsdələnib. Əksər aşıqların sazındayamsa, bu, mənə hörmətdəndir. İnsan gərək öz ayıbına kor ola, uğurumdan çox qüsurum var.Fəxr olunası heç nəyim olmadığına görə, heç bir fəxri adım da yoxdur. Dövlət tədbirlərinə dəvət almıram. Yaltaqlıq şeirləri yazmıram. Nə mədəniyyət nazirini tanıyıram, nə də Yazıçılar Birliyinin sədrini. Yerim xalqın arasında, sözüm də sadə xalqın dilindədir. Oradan yuxarı pilləm yoxdur. Çox zəifəm, çox".
Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahan bir neçə gün əvvəl Yazıçılar Birliyinə üzv seçilib.