Müğənni Riki Martin və rəssam Cvan Yosef təxminən 6 illik evlilikdən sonra boşanırlar.
“Unikal” xəbər verir ki, bu barədə onlar İnstaqram hesablarında yazıblar.
“Bir müddətdir ki, münasibətlərimizi dəyişmək barədə düşünürdük və övladlarımıza sevgi, hörmət və ləyaqətlə evliliyimizi bitirmək qərarına gəldik”, - deyə birgə açıqlamada deyilir.
51 yaşlı Martin və 38 yaşlı Yosef 2017-ci ilin sonlarında evləniblər. Onlar surroqat ana tərəfindən dünyaya gətirilmiş əkiz uşaqları böyüdürlər.
Nuranə Abbasova