Amerikalı müğənni Britni Spirs fransalı basketbolçu Viktor Vembanyamanın mühafizəçisi tərəfindən şiddətə məruz qalıb.

"Unikal" xəbər verir ki, hadisə Las-Veqasdakı məşhur "Aria Resort & Casino"da baş verib.

Məlumata görə, Britni Spirs peşəkar idmançının pərəstişkarıdır və onunla birgə şəkil çəkdirmək istəyib. Daha sonra müğənni onun kürəyinə, sağ çiyninə sığal çəkib və mühafizəçi əlinin arxası ilə ona zərbə endirib. Britni Spirs yerə yıxılıb və ayağa qalxdıqdan sonra oradan uzaqlaşıb.