Müğənni və aktrisa Cennifer Lopez və aktyor Ben Afflek boşanmağa hazırlaşırlar.
“Unikal” xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Bildirilir ki, Cennifer artıq vəkilləri ilə danışıqlar aparır. Cütlüyün əmlak bölgüsünün aparılması üçün müqavilə belə tərtib olunub.
Qeyd edək ki, Cennifer Lopez və Ben Afflek ilk nişanlarından 20 il sonra – 2022-ci ilin iyulunda ailə qurublar. Afflek ilk dəfə 2002-ci ildə Lopezə evlilik təklifi etsə də, 2003-cü ilə planlaşdırılan toy heç vaxt baş tutmayıb. 2021-ci ildə keçmiş sevgililər münasibətlərini bərpa ediblər və 2022-ci ilin aprelində yenidən nişanlanıblar.
Nuranə Abbasova