"Hamıda burun çəpər əyriliyi var. Nəfəs almaqda problem olur. Üst görünüşünə toxunmadan, çəpəri düzəltdirmişəm. Onu götürəndə rahat nəfəs alır, oxumağına ağırlıq düşmür".
"Unikal" xəbər verir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova "Elgizlə izlə" verilişində qonaq olarkən deyib. Plastik əməliyyata qarşı olduğunu deyən müğənni heç vaxt bıçaq altına yatmayacağını bildirib:
"Nəyimə lazımdır plastik əməliyyat... Cavan olsaydım da etdirməzdim. Pəhrizimi saxlayıb, idmanımı edərdim. Tamaşaçı məni belə də sevir".