Müğənni Enrike İqlesias və Anna Kurnikova münasibətlərini rəsmi olaraq qanuniləşdiriblər.
“Unikal” xarici mediaya istinadla xəbər verir ki, bu barədə müğənninin qardaşı Xulio İqlesias məlumat yayıb.
O bildirib ki, Enrike ilə Anna dəbdəbəli toy etmək istəməyiblər.
Qeyd edək ki, Enrike və Anna 25 ilə yaxındır ki, birlikdədirlər. 2001-ci ildə “Escape” klipinin çəkilişi zamanı tanış olan cütlüyün üç övladı var. 2017-ci ildə onların əkiz uşaqları, 2020-ci ilin yanvarında isə qızları Maşa dünyaya gəlib.
Nuranə Abbasova