Dünyaca məşhur müğənni Beyonsun anası Tina Noulsun Los-Ancelesdəki evi qarət edilib.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, soyğunçuluq zamanı evdə heç kim olmayıb. Naməlum şəxs modelyerin evindən seyf oğurlayıb. Məlumata görə, seyfdə 1 milyon dollardan çox nağd pul, həmçinin qızıl-zinət əşyaları olub. Polis hadisə ilə bağlı araşdırma aparır.