Türkiyənin tanınmış aktirsası Ceyda Düvenci və aktyor Bülent Şakrak 8 illik ailə həyatına son qoyublar.
“Unikal” Türkiyə mediasına istinadən xəbər verir ki, İzmirdə boşanan cütlüyün məhkəməsi 15 dəqiqə çəkib. Məhkəmə qərarı ilə cütlüyün oğlu Okan Ali anasının himayəsinə verilib.
Qeyd edək ki, Ceyda Düvencinin əvvəlki evliliyindən Melisa adlı bir qızı da var.
Nuranə Abbasova