"Təsir dairəsi" verilişində Əməkdar artist Cavanşir Məmmədov studiyada oturanlara onun tərəfini tutmaları üçün 100 manat təklif edib.
"Unikal" xəbər verir ki, tamaşaçının bu açıqlamasından sonra müğənni onu təhqir edib. O, qadına qarğış edərək, sonra onun göz makiyajını ələ salıb və "Gözün gömgöydür, utan gözünün qarasından" sözlərini söyləyib.
Sözügedən tamaşaçı ifaçını məhkəməyə verəcəyini deyib:
"Mən Cavanşir Məmmədovu məhkəməyə verirəm. Mənim ləyaqətimə şərəfinə toxunub. Tək məni yox, nəslimi təhqir edib. Buna imkan vermərəm. Kişidir, ulqumu olmalıdır. Bir şərtlə onu bağışlayaram: gəlib burda məndən və nəslimdən üzr istəsin. Sona kimi gedəcəyəm".