İstanbulda müalicə aldığı xəstəxanada həyatını itirən MFÖ qrupunun üzvlərindən olan usta sənətçi Özkan Uğur dəfn olunub.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, sənətçi ilə vida mərasimi keçirilib. Mərasimdə mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, Zəfər Alagöz, Çağla Şikel, Yılmaz Ərdoğan, Ozan Güvən, Cem Yılmaz və bir çox sənətçi iştirak edib. Mərasimdə Özkan Uğur haqqında film də nümayiş olunub.