Madonna xəstəxanaya yerləşdirildikdən sonra ilk dəfə pərəstişkarlarına müraciət edib.
“Unikal” xəbər verir ki, ifaçı sosial şəbəkə paylaşımında pərəstişkarlarına təşəkkürünü bildirib.
“Müsbət enerjiniz, dualarınız və ruhlandırıcı sözləriniz üçün təşəkkür edirəm. Mən sizin sevginizi hiss etdim. Getdikcə sağalıram və həyatımdakı bütün nemətlərə görə inanılmaz dərəcədə minnətdaram. Xəstəxanada oyandığım zaman ilk düşündüyüm uşaqlarım oldu. İkinci fikrim o idi ki, turum üçün bilet alan heç kimi məyus etmək istəmirəm”, - deyə Madonna bildirib.
Qeyd edək ki, 64 yaşlı pop kraliçası iyunun 24-də bakterial infeksiya diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.
Nuranə Abbasova