Bir zamanlar Türkiyənin ən reytinqli seriallarından biri olan "Çocuklar duymasın"da tanınan aktrisa Melek Şahin işsiz qalıb.
"Unikal" xəbər verir ki, ekran işində Əminə obrazını canlandıran Melek bu haqda sosial şəbəkədə yazıb.
"5 ildir rədd etdiyim layihə və teatr işlərindən başqa nə üçün serial və filmlərdə rol almamağımla bağlı sual ünvanlamaq istəyirəm. Çox qırıldım, üzüldüm, üsyan edirəm. Niyə mənə təkliflər gəlmir", - deyə aktrisa bildirib.