Azərbaycanın mədəniyyətinə itki üz verib.

"Unikal" xəbər verir ki, xalq rəssamı Fazil Nəcəfov 88 yaşında vəfat edib.

Fazil Nəcəfov 7 may 1988-ci ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi", 30 may 2002-ci ildə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülüb. Rəssam 15 fevral 2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.