Türkiyəli müğənni İbrahim Tatlısesin 13 yaşlı kino ulduzu Beren Gökyıldızın çəkisi ilə bağlı dediyi sözlər gündəm olub.
“Unikal” xəbər verir ki, ifaçının Berenlə bağlı fikirləri həm sosial şəbəkə izləyiciləri, həm də şou-biznes nümayəndələri tərəfindən sərt qarşılanıb.
Tatlıses Berenin fotosuna “5-6 kilo verməlisən. Onda yanaqlarının şişi də çəkiləcək. Bu gözəl qızı Ankarada kababçıda görmüşdüm. Kababa düşkünlüyü çox çəkməz, inşallah” sözlərini yazıb.
Onun bu şərhi birmənalı qarşılanmayıb.
Nuranə Abbasova