"Ölüm səviyyəsində Gədəbəyin Söyüdlü kəndi və ölkə üzrə statistik göstəricilər arasında ciddi fərqlər yoxdur".

"Unikal" xəbər verir ki, bunu Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, örüş, otlaq sahələrinin vəziyyəti KTN tərəfindən qiymətləndirilib:

"Ekoloji vəziyyətin sabit olduğu aşkarlanıb. Monitorinq zamanı götürülən torpaq nümunəsi ətrafında hazırda təhlillər aparılır. Aparılan monitorinq işlərində bəzi analizlər hələ ki, tam bitməyib. Gədəbəydə 86 nöqtədə radiasiya fonu ölçülüb, göstəricilər norma daxilindədir. Ərazidən keçən Gədəbəy və Mis çayda sionid kimi toksik maddələr aşkarlanmayıb. Dövlət orqanları ilə razılaşdırılmadan çay ətrafında tullantı gölü yaradılıb".

"Əfsuslar olsun ki, Söyüdlü kəndində sosial ictimai layihələr həyata keçirilməyib və bu kənd sakinlərinin narazılığına səbəb olub. FHN də su anbarı ilə layihə sənədlərinin ekspertizadan keçirilmədiyini aşkarlayıb. Müvafiq təsdiqedici sənədlər FHN-ə təqdim edilməyib", - deyə nazir bildirib.