Bu gün keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində ən yüksək balı toplayan müəllimlərin adları açıqlanıb.

Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən "Unikal"a bildirilib ki, test imtahanı mərhələsində coğrafiya fənni üzrə ən yüksək balı Aidə Daşdıyeva (100/92,5), Aytac İsgəndərli (100/92,5) və Röyal Kərimov (100/91,25), tarix fənni üzrə isə ən yüksək balı Kamran Xəlilov (100/93,75), Günel Salmanova (100/91,75) və Rəhman Süleymanlı (100/91,75) toplayıblar.

Xatırladaq ki, bu gün keçirilən test imtahanlarının I seansına 6353, II seansına isə 6627 namizəd dəvət olunub.