Meksikanın Xalisko ştatında bombalı hücum nəticəsində 6 nəfər ölüb, 12 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, hadisəni törədənlər polis və prokurorluq əməkdaşlarını hədəfə alıblar. Terror aktı prokurorluğun həyətində qəbul keçirilərkən baş verib. Hücumda 7 partlayıcı qurğudan istifadə edilib.