Naxçıvan şəhəri ərazisində idarəetməni itirən avtomobil yolun kənarına aşıb.

"Unikal" xəbər verir ki, hadisə yerinə gələn Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin şəxsi heyəti nəqliyyat vasitəsində sıxılıb qalan Allahverdiyev Rəhim Məhəmməd oğlu və Allahverdiyev Kazım Hüseyn oğlunu xilas edib.

Xilasetmə əməliyyatından sonra avtomobil anidən alovlanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəsarət alan şəxslər təcili tibbi yardım avtomobilinin köməkliyi ilə Naxçıvan Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkim müayinəsindən sonra Allahverdiyev Kazım travmatologiya, Allahverdiyev Rəhim isə vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.