Son zamanlar arıqlaması ilə diqqət çəkən aktyor Ufuk Özkan qaraciyər çatışmazlığından əziyyət çəkir.
"Unikal" xəbər verir ki, o, səhhəti ilə "Instagram" hesabında açıqlama verib. Məşhur aktyorun orqan transplantasiyası üçün müraciət etdiyi öyrənilib.
"Qaraciyərimdə problemlər var.Təbii ki, vəziyyətim mütəmadi olaraq mütəxəssis həkimlər tərəfindən nəzarətdə saxlanılır. Mümkün qədər tez seriallarla hüzurunuzda olacam".