Tanınmış Türk müğənni Sərdar Ortacın "Bilsəm ki" adlı yeni mahnısının klip çəkilişi zamanı istifadə edilən tabut oğurlanıb.
"Unikal" xəbər verir ki, ağ rəngli tabutu oğurlayan şəxs adıçəkilən müğənninin fanatı olub.
Belə ki, o, tabutu oğurladıqdan sonra məktubda yazıb: "Məqsədim oğurluq etmək deyil. Klipdə istifadə olunan tabutu bir pərəstişkar olaraq sizdən xatirə olaraq aldım".