Bloger Aysel Şükür Şəkidə Xan yaylağına qalxmaq üçün ondan tələb olunan məbləğdən gileylənib.
"Unikal" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında açıqlama yayıb.
Bloger sürücünün ondan 150 manat istədiyini deyib.
"Bir Xan yaylağına qalxmaq üçün 150 manat istəyir. Deyir ki, fərqi yoxdur, 1 nəfər, ya 7 nəfər, 150 manatı verməlisən. Deyirəm ki, uşaqlardır, qucağımda oturacaqlar. Yenə də qiyməti endirmir. Özü də yaylaqda nə çay içməyə, nə yemək yeməyə yer var. Turizm səhifələrində yalandan yazıblar ki, maşın 10 manata aparır. Yalandır, inanmayın. 10 manat söhbəti yoxdur. Bu qiymətə böyük maşın gedir, o da axşam saat 5-də şəlaləyə kimi gedir. Yaylağa getmir. Heç Şəkiyə gələndən 150 manat xərcləməmişəm".