Aktyor İvan Krasko təcili olaraq Sankt-Peterburqda reanimasiyaya yerləşdirilib.
“Unikal” xəbər verir ki, bu barədə 78.ru portalı məlumat yayıb.
Krasko Sankt-Peterburqda ixtisaslaşmış kardioloji mərkəzlərdən birində yerləşdirilib. Həkimlər 92 yaşlı aktyorda insultun mənfi təsirlərini aşkar ediblər. İndi o, həkimlərin nəzarəti altındadır.
Rusiyanın 92 yaşlı xalq artisti iyulun 13-də günorta saatlarında kəskin halsızlıq hiss edib. Onun üçün təcili yardım çağırılıb, bundan sonra həkimlər onu xəstəxanaya yerləşdirməyə qərar veriblər.
Nuranə Abbasova