Cari ilin iyulun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 224,3 min nəfər olub, onlardan 4 milyon 934,5 min nəfərini məşğul əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən "Unikal"a bildirilib ki, cari il iyunun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 726,3 min nəfərdir.
İqtisadiyyatın dövlət sektorunda 898,6 min nəfər, qeyri-dövlət sektorunda isə 827,7 min nəfər olub.