İran istehsalı olan PUA-ların Rusiya ordusu tərəfindən Ukraynada istifadə edilməsinə dair çoxsaylı məlumatlara və sübutlara baxmayaraq, İslam Respublikasının rəhbəri bu gün Ukraynada müharibənin davam etməsinə görə Amerikanın silah şirkətlərinin məsuliyyət daşıdıqlarını bildirib. 

"Unikal" xəbər verir ki, İslam Respublikası Rusiyanın Ukraynaya hücumundan sonra həmişə praktiki addımları ilə Rusiyaya dəstək olub. Əli Xameneyi Ukraynanın işğalında İranın əlinin olmasına dair ittihamlara toxunmadan, Ukrayna xalqını yoxsul və çarəsiz adlandırıb, müharibənin davam etməsinə görə günahı ABŞ şirkətlərinin üzərinə atıb.