Rusiyalı müğənni MakSim alkoqol asılılığından əziyyət çəkdiyini etiraf edib.
"Unikal" xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə açıqlama yayıb. O, artıq klinikaların birində müalicə aldığını bildirib:
"Hər şey Soçidə alınmayan konsertimlə başladı. Məkana gələndə yorğun idim, ayaqüstə dura bilmədim. Səhnəyə çıxmazdan əvvəl müalicə alırdım. Fikirləşdim ki, spirtli içki içsəm, səhnəyə çıxıb yaxşı çıxış edərəm. Bu vərdişim halına gəlmişdi və qəbul etmişdim. Ona görə də hərəkətə keçmək qərarına gəldim. Çünki bu mənim həyatım, hekayəm və oyunum deyil. Ona görə də indi klinikadayam. Ailəm mənə dəstək olur".