Ötən gün baş tutan raket buraxılışından sonra Şimali Koreya 10 ildən sonra ilk dəfə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında (TŞ) çıxış edəcək.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı hazırda ABŞ-də səfərdə olan Cənubi Koreyanın Xalq Gücü Partiyasının lideri Kim Ki-Hyun bildirib. Ona məlumat verilib ki, BMT TŞ Şimali Koreyanın çıxışını dinləməyə hazırlaşır.

Qeyd edək ki, iyulun 12-də Şimali Koreyanın Yapon dənizinə doğru qitələrarası ballistik raket atdığı məlum olub.