Rusiyanın Volqoqrad əyalətində yol polisinin xidməti avtomobili ilə müğənni Anet Sayı (Anna Saydəliyeva) sayrışan işıqlarla hava limanına apardıqdan sonra Daxili İşlər Nazirliyinin iki yüksək rütbəli əməkdaşı işdən çıxarılıb.
“Unikal” xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, məsələyə görə iki polkovnik - regional şöbə rəisi Aleksandr Stepanov və Volqoqrad şəhərinin Daxili İşlər Nazirliyinin rəis səlahiyyətlərini icra edən Aleksey Klimov vəzifələrindən azad olunublar.
Daha əvvəl sosial şəbəkədə Anet Sayın hava limanına tıxac olmadan çatmaq üçün yol polisi avtomobili tərəfindən çatdırıldığını əks etdirən görüntülər yayılmışdı. Müğənni yolda polisin papağını başına qoyaraq video-rolik çəkib və bütün tıxaclardan çıxdıqlarını söyləyib.
Bundan sonra Milli Avtomobil Birliyi (NAS) Rusiya Federasiyası Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğuna Volqoqradda yol polisinin hərəkətlərinin yoxlanılması tələbi ilə müraciət göndərib.
Nuranə Abbasova