Türkiyəli müğənni İbrahim Tatlısəs 13 yaşlı kino ulduzu Beren Gökyıldızla bağlı dediklərindən sonra ona ünvanlanan tənqidlərə cavab verib.
“Unikal” xəbər verir ki, müğənni sosial şəbəkədə paylaşım edərək ona irad bildirənlərə əsəbiləşib.
“Allah eşqinə, bu yazıda nə var? Axtarmaq istəsən, çox şey var. Mən ürəyimdən gələn gözəllikləri yazdım, siz isə ürəyinizdəki çirkinlikləri. Bu qədər bəsitsiniz”, - deyə Tatlısəs yazıb.
Xatırladaq ki, müğənni Berenin fotolarından birinə “5-6 kiloqram çəki atsan, üzünün şişkinliyi çəkilər” deyə şərh yazmışdı. Bu isə həmkarları və sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmamışdı.
Nuranə Abbasova