"Ölkəmizdə işləyən xarici və yerli şirkətlər Azərbaycan qanunlarına hörmət etməlidirlər. Hörmət etməyəcəklərsə, onların fəaliyyəti mümkünsüz olacaq".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.
"Azərbaycanın qanunlarına və ekoloji tarazlığa hörmət edilməlidir. Təbiətə, insanların sağlamlığına zərrə qədər təhlükə varsa, həmin şirkətlərin fəaliyyəti dayandırılacaq", - deyə deputat bildirib.
Anar Kəlbiyev