Rusiya prezidenti Vladimir Putin "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin və təşkilatın əməkdaşları ilə görüşdə onlara gələcək xidmət üçün bir neçə variant təklif edib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya lideri mətbuata bildirib. 

"Onların hamısı bir yerə toplaşıb xidmət etməyə davam edə bilərdi. İndi onlar üçün heç nə dəyişməyəcək. Onlara hər zaman əsl komandiri olan eyni adam rəhbərlik edəcəkdi. Mən bunu deyəndə çoxları başını tərpətdi. Priqojin isə bina qarşı çıxaraq dedi ki, "xeyr, oğlanlar belə bir qərarla razılaşmırlar", - deyə Putin açıqlayıb. 

Ağarza Elçinoğlu