Rusiya ilə müharibə başa çatdıqdan sonra Ukrayna mütləq NATO-ya üzv olacaq. 

"Unikal" xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden açıqlayıb. 

O qeyd edib ki, heç bir ölkə öz ərazisində müharibə olduğu halda alyansa qoşula bilməz: "Ukraynaya gəlincə, hərbi əməliyyatlar başa çatdıqdan sonra həmin ölkənin NATO-ya daxil olmasına heç bir şübhə yoxdur. Söhbət Ukrayna dövlətinin məhz nə vaxt alyansa üzv olacağından gedir". 

O, həmçinin vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin artıq uduzub və indi onun bu vəziyyətdən necə çıxmaqla bağlı real problemi var. 

80 yaşlı Amerika lideri vurğulayıb ki, rus həmkarının Ukraynadakı müharibədə qalib gəlməsinin heç bir yolu yoxdur.

Ağarza Elçinoğlu