Bu gün vəfat edən deputat Madər Musayev dəfn edilib.

"Unikal" xəbər verir ki, o, Binəqədi kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

17:15

Bu gün 75 yaşında vəfat edən deputat Madər Musayevlə vida mərasimi keçirilir. 

"Unikal" xəbər verir ki, vida mərasimində məmurlar, deputatlar və digər dövlət rəsmiləri iştirak edirlər.

Fotolar: Ayxan Məlikov

***

15:05

Deputat Madər Musayevin dəfn yeri məlum olub.

Yaxınlarının "Unikal"a verdiyi məlumata görə, hazırda deputatın Binəqədi rayonunda yerləşən evində vida mərasimi keçirilir.

O, saat 17:00-da Binəqədi kənd qəbiristanlığında dəfn ediləcək.

***

12:55

Deputat Madər Musayev 75 yaşında dünyasını dəyişib.

"Unikal"ın əldə etdiyi məlumata görə, o, bir müddət davam edən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, bir neçə gün öncə Madər Musayev ayağından aldığı xəsarətlə xəstəxanaya yerləşdirilmiş və əməliyyat olunmuşdu.

Xatırladaq ki, Madər Musayev XII çağırış Azərbaycan Ali Sovetinin, I , II, III, IV, V və VI çağırış Azərbaycan Milli Məclisinin deputatı olub.

“Şöhrət”, “Şərəf” və “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.

Orxan Həsənli