“Rusiya prezidenti Vladimir Putin yaxın günlərdə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparmağı planlaşdırmır. Ancaq bu söhbət lazım gələrsə, təşkil edilə bilər”.

“Unikal” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib. 

“Xeyr, prezidentin cədvəlində hələlik belə bir söhbət yoxdur. Lazım gələrsə, təşkil olunacaq”, - Kreml sözçüsü Ərdoğanın taxıl müqaviləsi başa çatana qədər (17 iyul) Putinlə danışmaq niyyətində olduğu barədə sözlərini şərh edərkən bildirib.

Nuranə Abbasova