Rusiya xarici işlər naziri Sergey Lavrov iyulun 15-də Tailanda işgüzar səfər edəcək.

“Unikal” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidmətinin məlumatına görə, o, Phuketdə tailandlı həmkarı Don Pramatvinai ilə danışıqlar aparacaq və Rusiyanın Phuketdəki Baş Konsulluğunun rəsmi açılış mərasimində iştirak edəcək.

Tərəflər praktiki əməkdaşlığın genişləndirilməsini vurğulamaqla ikitərəfli münasibətlərin aktual məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar. Lavrov və Pramatvinai, həmçinin, ticarət-iqtisadi və investisiya əlaqələrinin dərinləşdirilməsi, mədəniyyət və turizm sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi perspektivlərini müzakirə edəcəklər.

"Xarici işlər orqanlarının rəhbərləri həmçinin əsas beynəlxalq və regional məsələləri müzakirə edəcəklər", - XİN-in məlumatında deyilir.

Nuranə Abbasova