"Titanik" filminin dünyaca məşhur rejissoru Ceyms Kemeron Atlantik okeanında batan "Titan" sualtı gəmisi haqda serial çəkməyi planlaşdırır.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, rejissor artıq bununla bağlı danışıqlara da başlayıb.

Kemeron layihənin həyata keçirilməsi üçün böyük büdcə alacaq. Filmdə baş rolları aktyorlar Mett Deymon və Kumeyl Nancianinin canlandıracağı bildirilir.