Türkiyənin saysız-hesabsız serial və film layihələrində yer almış aktrisa Tanju Tuncel dünyasını dəyişib.

“Unikal” Türkiyə mediasına istinadən xəbər verir ki, 83 yaşında vəfat edən aktrisanın ölüm səbəbi bilinmir. 

Qocalar evində yaşayan Tuncel bu yaxınlarda paylaşdığı videoda “Burada çox xoşbəxtəm. Hamınızı çox sevirəm. Aldığınız hər nəfəsin qiymətini bilin” deyə pərəstişkarlarına müraciət etmişdi. 

Nuranə Abbasova