Sankt-Peterburqda Nevski prospektində deputat rezin dəyənəklə döyülüb. 

“Unikal” xəbər verir ki, bu barədə life.ru məlumat yayıb.

Baş vermiş yol qəzasından sonra 22 yaşlı sürücü deputatın avtomobilinə yaxınlaşaraq ona zərbələr endirməyə başlayıb. Zərərçəkmiş Mariinski xəstəxanasına göndərilib - ona qapalı kəllə-beyin travması, beyin silkələnməsi diaqnozu qoyulub. Adı açıqlanmayan 52 yaşlı deputatın vəziyyəti qənaətbəxşdir. 

Hücum edən şəxs xuliqanlıqda ittiham olunaraq saxlanılıb. 

Nuranə Abbasova