“Biz saxlanılanlar məsələsini də müzakirə etdik. Liderlər alicənablıq anlayışına sadiqliklərini bir daha təsdiqlədilər və bununla da ehtiyatsızlıqdan qarşı tərəfə keçən əsgərlərin azad olunması asanlaşacaq”.
"Unikal" xəbər verir ki, bu fikirləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında bildirib.
“Mən hər iki tərəfdən saxlanılanların azad edilməsinin tərəfdarı olduğumu bildirdim.
İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi və minatəmizləmə üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyi də müzakirə olundu. Mən bir daha tərəfləri mümkün qədər çox məlumat mübadiləsi aparmağa çağırdım”, - deyə Şarl Mişel bildirib.