"Ayaks"dan ayrılan Duşan Tadiç "Fənərbaxça"ya keçir.
"Unikal" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, serbiyalı yarımmüdafiəçi müqavilə imzalaaq üçün ötən gecə İstanbula gedib.
Qeyd edək ki, 34 yaşlı futbolçu 2018-ci ildən "Ayaks"da çıxış edirdi. Serbiya millisinin üzvü “Ayaks”ın heyətində ümumilikdə 241 oyun keçirib, 105 qol vurub.