Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan "Sumqayıt" klubunun yoxlama oyununda üz-üzə gələcəyi rəqiblərdən biri dəqiqləşib.
"Unikal" xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Superliqada çıxış edən "Sivasspor"la üz-üzə gələcək.
İyulun 23-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, "Sumqayıt" iyulun 27-dək Ərzurum şəhərində məskunlaşacaq.