Ədliyyə Nazirliyindən REAL partiyasının qeydiyyatla bağlı müraciətinə cavab verilib.
"Unikal" xəbər verir ki, partiyanın sədri İlqar Məmmədov nazirliyin təqdim etdikləri üzvlərin siyahısı ilə bağlı araşdırma apardığını bildirib. O, təqdim etdikləri siyahının nazirlik tərəfindən qəbul edilmədiyini və partiyaya 30 gün vaxt verildiyini deyib:
“Ədliyyə Nazirliyindən rəsmi cavab aldıq. Deyir, reyestrdə adlarını göstərdiyiniz üzvlərlə əlaqə saxladıq. 986 nəfər partiyaya üzv olmadığını bildirdi. Daha 1058 nəfərin telefon nömrəsi kimi ofisin nömrəsi göstərilib, bunu isə məqbul saymırlar. 2527 nəfər barədə məlumatlar (adı, soyadı, doğum tarixi) Əhalinin Dövlət Reyestrində tapılmadı (yəqin hərf səhvi kimi səbəblərə görə). Nəhayət, 68 nəfərin adı təkrar gedib, 16 nəfər isə ölüb. Beləliklə, partiyamızın siyahısında cəmi 463 nəfərin adı “keçərli” oldu.
Qanuna əsasən, növbəti 30 gün ərzində, ya 4500+ nəfərin məlumatlarını “düzəltməli”, ya eyni qədər yeni üzv toplamalı, ya da partiyanı buraxmalıyıq”.