Türkiyəli sənətçi İbrahim Tatlısəsin müğənni qızı Dilan Çıtak Tatlısəsin başına iş gəlib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı İstanbul hava limanında tanımadığı şəxslərlə münaqişə yaşayıb. Dilan hadisə barədə bunları danışıb:
"4 kişi üzərimə gəldilər. İş üçün telefonla danışırdım. Adamlardan biri mənə "bağla çənəni, digəri isə dəqiq sən narkotik maddə istifadə edirsən" dedilər. Daha sonra iki nəfər də onlara qoşuldu. Polisi çağırdım, amma onlar gələnə kimi üstümə gəldikləri üçün əlimə keçən hər şeyi üstlərinə atdım. Dörd nəfərdən də hava limanının polis şöbəsində şikayətçi oldum. Biri şikayətimi geri çəkməyimi istədi, qəbul etmədim. Yenə də təhqir etməyə başladı".