Transfer çalışmalarını davam etdirən “Kəpəz” komandası heyətini daha bir futbolçu ilə gücləndirib.
"Unikal" xəbər verir ki, komanda Olavale Onanuqa ilə anlaşıb.
İyirmi beş yaşlı dayaq yarımmüdafiəçisi ilə birillik müqavilə imzalanıb.
Qeyd edək ki, nigeriyalı oyunçu son olaraq Albaniyanın “Kastrioti” komandasının formasını geyinib.